Qətlə görə məhkum olunmuş məşhur meyxanaçı Rəşad Dağlının övladlarının təhsil haqları naməlum şəxs tərəfindən qarşılanıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Meyxanaçının oğlu Yusif və qızı Bətül sosial şəbəkələrdə bu barədə paylaşım ediblər.
“Çox adam bizim təhsil haqqımızı soruşur. Tanımadığımız şəxs pulu ödəyib. Anonim şəxsə təşəkkür edirik”, – Yusif deyib.
@lee.yusif2023Cox sagolsun tanimadigimiz anonim soydasimiz🙏🙏🙏🙏Allah razi olsunsun🙏🙏
Verilən məlumata görə, hər iki uşaq “Sabis Sun” Beynəlxalq Məktəbində təhsil alır. Məktəbdə tədris prosesi yalnız ingilis dilində aparılır. Burada ibtidai siniflər üçün illik təhsil haqqı 15.000 AZN, yuxarı siniflər üçün isə 17.000 AZN-dir. Təhsil müəssisəsində qiymətlərin yüksək olmasını məktəbdə dərs keçən müəllimlərin 90 faizdən çoxunun əcnəbi olması ilə əlaqələndirirlər.
Həmçinin bir müddət öncə məlum olub ki, meyxanaçı Balaəli Rəşad Dağlının övladlarını Gürcüstana aparıb.
Rəşad Dağlı 2022-ci il 9 noyabr tarixinə səhər saatlarında şəxsi münasibətlər zəminində tanışı İskəndər Mehdiyevi bıçaqlayaraq öldürüb.