Bakıda həvəskar velosipedçilər arasında yarış keçiriləcək. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Azərbaycan Gənclər Fonduna istinadən xəbər verir.

Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sürətlə pedalla” adlı müsabiqə Azərbaycanda ilk dəfə təşkil olunacaq.

Yarış 10 sentyabr saat 08:30-da Ağ şəhər bulvarı ərazisində baş tutacaq. Qeydiyyat üçün +994 70 820 00 07 nömrəsi ilə əlaqə saxlamaq mümkündür. Son qeydiyyat tarixi 9 sentyabrdır.