Bakıda marketlərdən spirtli içkilər oğurlayan kişiyə hökm oxunub. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.

Əvvəllər də məhkum olunmuş 49 yaşlı Gəncə sakini Vidadi Qurbanov (ad-soyad şərtidir) məhkəmənin qərarı ilə 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamlara görə, o, ayrı-ayrı merketlərdən “Hennessy VSOP” markalı konyaklar (birinin qiyməti 158 manatdır) və “X18 Oak 15 Yo” viskiləri (birinin qiyməti 375 manatdır) oğurlayıb.

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, o, həmin içkiləri hissə-hissə içib.