Bakıda daha iki məscidə qadın dini ayinlərin icraçıları təyin olunublar. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Müsahibənin nəticələrinə əsasən, Nəsimi rayonunda yerləşən Hacı Əjdərbəy məscidində üç qadın, Binəqədi rayonundakı Heydər məscidində isə bir nəfər qadın dini ayinlərin icraçısı kimi çalışacaq.
Sentyabrın 4-də keçirilən müsahibə mərhələsinə 23 qadın namizəd sənəd verib. Onlardan ikisi müsahibədə iştirak etməyib, qalanları isə müsahibədən keçməyib.