Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bir sıra avtobus marşrutlarını müsabiqəyə çıxarıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az quruma istinadən məlumat verir.

Müsabiqəyə 33 və 36 nömrəli şəhərdaxili, 168 nömrəli qəsəbədaxili, 169 və 108A nömrəli şəhərətrafı, Bakı-Şabran, Bakı-Siyəzən, Bakı-Ağcabədi, Bakı-İmişli şəhərlərarası avtobus marşrutları çıxarılıb.

Müsabiqələr sentyabrın 26 və 29-da, oktyabrın 3, 6 və 10-da keçiriləcək.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.