Bakıda pulsuz hüquqi yardım aksiyası keçiriləcək. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az xəbər verir.
Sentyabırın 8-də 12 saylı Vəkil Bürosu tərəfindən “Açıq qapı” günü təşkil ediləcək.
Sakinlərlə görüş Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 57A ünvanında olacaq.
Əlavə məlumat əldə etmək üçün Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin direktor müavini Afət Qaziyeva ilə əlaqə saxlamaq mümkündür. Əlaqə nömrəsi: 012 594 99 85, 050 340 09 81.
Azərbaycan Respublikası Vəkillər Kollegiyası “Heydər Əliyev ili” çərçivəsində 2023-cü il ərzində hər ay pulsuz aksiyalar təşkil edəcək.