Bakının Xəzər və Pirallahı rayonlarında qaz təchizatı dayandırılıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Bakı Regional Qaz Istismarı Departamentinə istinadən məlumat verir.
Yaranmış fasilə qaz xəttində aparılan işlərlə bağlıdır.
Qaz təchizatı dayandırılan müddətdə Pirallahı rayonu, 28-ci məhəllə, Dialetov, K.Rzayev küçələrində 2200 istehlakçının və Xəzər rayonu, Əncirlik və Z.Tagıyev küçələrində 2000 abonentin qaz təchizatında fasilə yaranacaq.