Bərdədə paytaxt sakini bıçaqlanıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

26 yaşlı Əmrah İlyasov kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı polisə məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Bərdə rayon sakini, 19 yaşlı Şahbaz Məmmədov saxlanılıb və istintaqa təhvil verilib. Faktla bağlı araşdırma davam etdirilir.