Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən eyniadlı ticarət mərkəzində “CinemaPlus” kinoteatrı fəaliyyətə başlayıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Kinoteatr 3D və Dolby Atmos texnologiyaları ilə təchiz olunmuş 2 zaldan ibarətdir.

“CinemaPlus” şəbəkəsinə 11 kinoteatr, 52 ekran və 5200-dən çox oturacaq daxildir.