Bakının Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən çimərliyə dincəlməyə gələn gənc oğlan dənizdə batıb. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Baku.es-ə istinadən məlumat verir.
24 yaşlı Ramiz Ələkbərov suda çimərkən qəfil boğulmağa başlayıb. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.