Qalina Urbanoviç 5 sentyabr 1917-ci ildə Bakıda anadan olub.
[https://sportgymrus.ru/about/chempiony/620.html]
Uşaqlıqdan Qalina voleybolla məşğul olmağa başlamışdır. Qalina 18 yaşında Bakının “Dinamo” voleybol komandasının tərkibində Moskvaya köçmüşdür. Burada o, “Burevestnik” idman klubunda məşq eləməyə başlamışdır. 2 ildən sonra isə Qalina “Dinamo”da Boris Nikolayeviç Astafyevin rəhbərliyi altında idmanla məşğul olmağa davam etmişdir. [https://sportgymrus.ru/news/v-den-rozhdeniya-zms-sssr-olimpijskoj-chempionki-zt-sssr-galiny-urbanovich-legendy-otechestvennoj-sportivnoj-gimnastiki.html]
Böyük Vətən müharibəsi zamanı (1941-1945) Urbanoviç tibb bacısı kimi çalışmışdır. O, Moskvaya qayıdandan sonra gimnastika ilə məşğul olmağa davam etmişdir. 1943-cü ildə Qalina ilk dəfə SSRİ-nin çempionu olmuşdur. 1952-ci ildə isə o, Helsinkidə keçirilən XV Olimpiya oyunlarında iştirak etmişdir. Qalinanın məşğul olduğu idmanın ayrı-ayrı növləri üzrə qələbə sayı isə 22-yə çatmışdır. Məşqçilər Qalinaya qürurlu xasiyyətinə görə “soyuq kraliça” deyirdilər.
[https://www.championat.com/other/article-3259789-istorija-pobed-gimnastki-galiny-urbanovich.html]
O, 1957-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir. Bundan əlavə, Urbanoviç 1939-1952 illərdə bir çox orden və mükafatlara da layiq görülmüşdür.
[https://ourbaku.com/index.php/
[https://sportgymrus.ru/about/chempiony/620.html]
Qalina Urbanoviç 8 may 2011-ci ildə Moskva şəhərində vəfat edib.
[https://infosport.ru/person/gimnastika-sportivnaya/urbanovich-galina-napoleonovna]