Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Mənsimov işdən azad olunması ilə bağlı Mədəniyyət Nazirliyinə müraciət edib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.

Teatrın baş rejissorunun sözlərinə görə, qərarı yeni layihələrlə məşğul olması ilə bağlıdır. Onun ərizəsi hazırda nazir Adil Kərimli tərəfindən təsdiq olunmayıb.

Qurban Mənsimov 10 il ərzində teatrın baş rejissoru vəzifəsində çalışıb, bir çox tamaşaların hazırlanmasında rol oynayıb.

Ötən ilin noyabr ayında Mədəniyyət Nazirliyinin göstərişi ilə Kukla teatrında yoxlamalara başlanılmışdı. Mədəniyyət naziri Anar Kərimovun işdən çıxarılmasından sonra yoxlamalar dayandırılmışdı.