AMEA Nizami adına Ədəbiyyat İnstitutu kadr itkisi ilə üzləşib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Əməkdar elm xadimi, Prezident təqaüdçüsü, filologiya e.d., prof. Fəridə Vəlixanova 88 yaşında dünyasını dəyişib.
Elm xadimi M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Daha sonra SSR Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda akademik M.A.Dadaşzadənin rəhbərlik etdiyi şöbədə elmi fəaliyyətə başlayıb və SSRİ Elmlər Akademiyasının M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasına daxil olub.
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun tərkibində “Bədii tərcümənin nəzəriyyəsi, tarixi və təcrübəsi” şöbəsi yaradılıb və 47 yaşlı F.Vəlixanova şöbənin müdiri təyin edilib.
Mərhum bir sıra elmi şuraların üzvü olmuş və Prezident təqaüdünə layiq görülmüşdü.