Bakının Suraxanı rayonunda asfaltlanma işləri aparılır. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.

Təmir işləri çərçivəsində Əmircan qəsəbəsi, A.Rzayev küçəsindəki yola yeni asfalt örtüyü vurulur. Bununla yanaşı, küçədə səkilər tikilir, yol kənarlarında yaşıllıqlar salınır. Ərazidə yeni işıq dirəkləri quraşdırılır, mövcud olanlar isə bərpa olunur.

Analoji işlər rayonun digər ərazilərində də davam edir.

Əmircan qəsəbəsində küçələrə asfalt vurulur
Foto Suraxanı rayon İcra Hakimiyyəti