Nəsimi rayonu, Moskva prospekti, 68 ünvanında yaşayış binası təmir olunur. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az rayon İcra Hakimiyyətinə istinadən xəbər verir.
Yenidənqurma işləri çərçivəsində binaların və məhəllədaxili yolların asfaltlanması, piyada səkilərinin, pilləkənlərin əsaslı təmiri, eləcə də binanın fasadı və dam örtüyü təmir olunur. Həmçinin yağış suları axıdan boru və navalçaların dəyişdirilməsi, giriş pilləkən qəfəslərinin təmiri, giriş bloklarının qapı və pəncərələrinin yeniləri ilə əvəz olunması nəzərdə tutulub.
Abadlıq-quruculuq işləri rayonun müxtəlif ərazilərində davam edir.
