Nəsimi rayonunda növbəti piyada yolu zəbt olunub. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Mirəsədulla Mirqasımov küçəsində tikinti şirkəti piyada səkisinin böyük hisəssini hasara alıb və burada çoxmərtəbəli bina inşa edir. Bu səbəbdən də ərazidən keçən piyadalar avtomobil yoluna çıxmağa məcbur olurlar. Yolun kənarında avtomobillər də park edilir deyə sakinlər yolun ortasına qədər çıxmalı olurlar.
Məsələ ilə bağlı nə qurumlar, nə də tikinti şirkəti cavab verməyib.
