Bakının Nizami rayonu, “Neftçilər” stansiyasının yaxınlığında piyadanın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən məlumat verir.
22 yaşlı Alsu Qaraxanova yolu keçərkən onu minik avtomobili vurub. Yaralı qız ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.