Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində su xəttində qəza olub. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az məlumat verir.

Hadisə ötən gün axşam saatlarında Südçülük sovxozu adlanan yaşayış sahəsində qeydə alınıb. Nəticədə ətrafdakı küçələri su basıb.

Problemi aradan qaldırmaq üçün əraziyə qəza briqadası cəlb olunub.