Ələt-Astara yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az sosial şəbəkələrə istinadən xəbər verir.
Adıçəkilən magistral yolda sərnişin avtobusu qəza törədib. Nəticədə nəqliyyat vasitəsi yolun kənarındakı çökəkliyə düşüb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Faktla bağlı araşdırma aparılır.