Suraxanı rayonunda kütləvi dava baş verib. Bu haqda bu gün, 5 sentyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

Hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. 22 yaşlı Mürvət İsmayılov və tanışı Vüsal adlı şəxs qəsəbədə yerləşən gölün kənarına aparılıblar. M.İsmayılovu orada 7 nəfər döyüb. Nəticədə o, qapalı kəllə-beyin travması və kürəyindən bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.