“Azərişıq” ASC əməkdaşları Xəzər və Sabunçu rayonlarında növbəti yoxlamalar keçiriblər. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az “Azərişıq” ASC-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Xəzər rayonunun müxtəlif ünvanlarında, həmçinin Maştağa qəsəbəsində keçirilən baxış zamanı fərdi yaşayış evlərinə sayğac sxemindən kənar xətt daxil olması aşkarlanıb.

Həmçinin Zirə qəsəbəsində yerləşən marketlərin birində analoji qayda pozuntusu müəyyən edilib.

Qanunu pozanlar сərimələniblər, faktlarla bağlı protokollar tərtib olunub.

“Azərişıq” ASC-nin əməkdaşları tərəfindən digər rayonlarda da yoxlamalar davam etdiriləcək.