Bakı və Abşeron yarımadasında yağış yağacaq. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Paytaxt və ətraf ərazilərdə hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Əsasən, səhər və axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşama doğru mülayimləşəcək.

Havanın temperaturu gecə 20-24, gündüz isə 24-28 dərəcə isti olacaq.