Ötən ay Bakı metrosundan neçə sərnişin istifadə edib? Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Metropolitenə istinadən xəbər verir.

Belə ki, avqust ayında gün ərzində orta hesabla 461.045 nəfər sərnişin metrodan istifadə edib. Ən çox sərnişin axını 31 avqust tarixində olub – 535.233 nəfər. Ən aşağı göstərici isə 13 avqust qeydə alınıb – 297.668 nəfər. Ötən illə müqayisədə rəqəmlər 1,3% çoxdur.

Ümumilikdə cari ilin ilk 8 ayı ərzində Bakı metrosu 138 milyon 447 min 320 sərnişin daşıyıb.