Bakıda yeni tip işıqforlar quraşdırılır. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir.

Yeniliklər çərçivəsində Azərbaycan prospekti ilə İstiqlaliyyət, Səməd Vurğun ilə Hənifə Ələsgərov, eləcə də Abbasqulu ağa Bakıxanov ilə Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində yeni L-tipli dirəklər quraşdırılıb.

Bu istiqamətə işlər bundan sonra da davam edəcək.

<script async src=”https://telegram.org/js/telegram-widget.js?22″ data-telegram-post=”niim_polisazerbaycan/5192″ data-width=”100%”></script>