Dələduzluq üstündə tutulan şəxs barəsində hökm oxunub. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Tələt Əlizadə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Təqsirkar Tural Hüseynov adlı şəxsdən 150.000 AZN pul alıb. O, borcunu qaytara bilməsə, evini verəcəyini vəd edib. T.Əlizadə borcunu ödəməyib.