Xəzər rayonunda qaz olmayacaq. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az “Azəriqaz”a istinadən xəbər verir.

“Zabrat-Buzovna-Türkan” magistral qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan etibarən Mərdəkan və Şüvəlan qəsəbələrinin bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Məhdudiyyət gün ərzində davam edəcək.