Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Dil Qurumunun hər il ənənəvi olaraq keçirdiyi Beynəlxalq Oğuz Türkcəsi konfransı bu il sentyabr ayında Bakıda keçiriləcək. Bunu AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli müşavirə zamanı bildirib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Bu, qurumun tarixində ilk dəfə olaraq Türkiyədən kənarda, Azərbaycanda AMEA ilə birgə keçiriləcək. Tədbir ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illik yubileylərinə həsr edilib.

Bununla yanaşı, bu il AMEA “Nobel mükafatına aparan yolun dərsləri: mif, uğurlar və çağırışlar” mövzusunda elmi konfrans, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin 100 illiyinə və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər təşkil edəcək.