Paytaxtın Nərimanov rayonunda piyada uşağın iştirakı ilə yol qəzası baş verib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

10 yaşlı R.Ağamalıyeva yolu keçərkən onu avtomobil vurub. Hadisə yerinə təcili tibbi yardım cəlb olunub. Uşaq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.