Bakının Nərimanov rayonu, Heydər Əliyev prospektində piyadanı avtomobil vurub. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

35 yaşlı Elçin Qəhrəmanov içkili vəziyyətdə piyadalar üçün nəzərdə tutulmayan ərazidən yolu keçərkən onu avtomobil vurub. Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxayana çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.