Bakının Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki 38 və 6 saylı binaların fasadında təmir işləri başlanılıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Rayon İcra Hakimiyyətinə (RİH) istinadən xəbər verir.
Abadlıq işləri çərçivəsində binaların yağış sularını axıdan boru və navalçalarının dəyişdirilməsi nəzərdə tutulub. Həmçinin giriş pilləkən qəfəsləri təmir ediləcək, giriş bloklarının qapı və pəncərələri yeniləri ilə əvəz oluncaq.
Analoji işlər digər ünvanlarda da davam etdirilir.
