“Neftçi” PFK heyətinə yeni futbolçu qatıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az kluba istinadən xəbər verir.
“Ağ-qaralar” 30 yaşlı Reziuan Mirzov ilə 1 illik müqavilə imzalayıb. O, 22 nömrəli forma ilə çıxış edəcək. Mirzov mərkəz hücumçusu mövqeyində oynayır.
Reziuan Mirzov karyerası boyunca Rusiyanın “Spartak” (Moskva) və “Ximki” kimi klublarının rənglərini qoruyub.