FHN polkovnikinin növbəti məhkəməsi yekunlaşıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda zərərçəkmişin polkovnik Zaur Mirzəyevə qarşı olan şikayətləri dinlənilib. Sonda məhkəmənin qərarı ilə zərərçəkənin iddiaları təmin olunmayıb. Əvvəlki cəza olduğu kimi qalıb.

Videodakı qadınlardan biri polkovnik Z.Mirzəyevdən 192.000 AZN təzminat, təqsirkarın cəzasının ağırlaşdırılmasını tələb edirdi. FHN-in polkovniki 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmçinin zərərçəkənlərdən birinə 4000 AZN təzminat ödəməlidir.