Paytaxtın Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yeni parkın açılışı baş tutub. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Qaradağ Rayon İcra Hakimiyyətinə istinadən məlumat verir.

İki hektar ərazisi olan park 180 nömrəli tam orta məktəbin yaxınlığında yerləşir.

Parkın açılışında İcra Hakimiyyətinin başçısı və nümayəndələri də iştirak ediblər.

Ərazidə 4 söhbətgah, minifutbol stadionu, 13 ədəd taxta oturacaq, uşaqların oynaması üçün müxtəlif yelləncəklər və s. olan meydança quraşdırılıb, əraziyə asfalt örtüyü çəkilib, 25 zeytun ağacı, 150 ədəd oleandr kolu, 2600 ədəd dekorativ ağac və mövsümi gül-çiçək əkilib, 480 kvadratmetr sahəyə yaşıl ot örtüyü salınıb.