Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində zəncirvari qəza olub. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Şahidlərin sözlərinə görə, qəza zamanı 7 avtomobilə ziyan dəyib. Hadisə “BMW” markalı avtomobilin sürücüsünün idarəetməni itirərək nəqliyyat vasitəsinin yol kənarında dayanan digər avtomobilə çarpılması nəticəsində baş verib. Qəza nəticəsində xəsarət alan olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Avtomobillər evakuator vasitəsilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.