Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.

50 yaşlı Səyyar Orucov yolu keçərkən onu avtomobil vurub. Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxayana çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin yerdəyişən sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.