Bakının Sabunçu rayonunda tövlədə yanğın baş verib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Ümumi sahəsi 40 kv.m olan tövlənin yanar konstruksiyaları və içərisinə yığılan 1 ton ot bağlaması yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.