Bakının Xətai rayonu, Mirzə Davud küçəsində ət satışı məntəqəsindən qaçan camış sakinlərə təhlükə yaradıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

Hadisə səhər saatlarında baş verib. Sahibindən qaçmış camış vətəndaşlara ziyan vurub. O, avtomobillərin güzgüsünü, obyektlərin qapılarını qırıb və həyətlərdə qoyulmuş əşyaları əzib.

Verilən məlumata görə, o, kəsilib satılmaq məqsədilə şəhərə gətirilib.