Bakının Xəzər rayonu ərazisində polisin keçirdiyi əməliyyatlar nəticəsində dövriyyədən 8 kiloqram narkotik çıxarılıb. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Əməliyyat zamanı əvvəllər məhkum olunmuş 26 yaşlı Ceyhun Hüseynov və 44 yaşlı Zakir Əhmədov saxlanılıblar. Onlarda 4 kiloqramdan artıq narkotik vasitə heroin aşkar edilib. Saxlanılanların narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdikləri məlum olub.
Ümumiyyətlə, ötən ay ərzində digər əməliyyatlar zamanı rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55, satışının təşkil edilməsi ilə bağlı 9 fakt aşkar edilib. Bununla bağlı 61 nəfər saxlanılıb. Onlardan 8 kiloqram heroin, marixuana və psixotrop maddə metamfetamin aşkar edilib.