Sentyabr ayından Bakı teatrları öz fəaliyyətinə qayıdıblar. Bir sıra teatrların afişaları artıq məlum olub. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az məlumat verir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının ilk tamaşası ayın 15-də baş tutacaq. Bu sezonda teatr 3 yeni səhnə əsəri – Çingiz Aytmatovun “Əsrə bərabər gün”, Şıxəli Qurbanovun “Sənsiz” və Xalq yazıçısı Anarın “Dantenin yubileyi” əsərləri əsasında eyniadlı tamaşaları hazırlayıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı da mövsümü sentyabrın 15-də açır. Hazırlanmış premyera isə Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının motivləri əsasında hazırlanmış tamaşadır.

S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyorları bu dəfə ilk dəfə ayın 16-da səhnəyə çıxacaqlar. Eləcə də,
tamaşaçıları A.P.Çexovun “Albalı bağı” pyesi əsasında tamaşanın nümayişi gözləyir.

Azərbaycan Dövlət YUĞ Teatrı sentyabrın 24-də ilk tamaşanı göstərəcək. Bu mövsüm zamanı, həmçinin Florian Zellerin “Ata”, Toyğun Orbayın “21:15 qatarı”, Koki Mitaninin “Gülüş Akademiyası” və İlqmar Vilkvistin “Qelverin gecəsi” əsərləri əsasında hazırlanacaq tamaşaların premyeraları olacaq.