Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 6 sentyabr tarixində Bakuplus.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən məlumat verir.
“Xutor” adlanan ərazinin yaxınlığında yol qəzası olduğuna görə, “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.
Həmçinin eyni prospektin Azadlıq prospekti ilə kəsişməsində yolda texniki nasaz avtomobilin xarab olmasına görə “20 Yanvar” metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Əraziyə polis əməkdaşları cəlb olunublar, sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.