Azərbaycanlı jurnalist və diplomat Ənvər Məmmədov 100 yaşında vəfat edib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Ria Novosti-yə istinadən xəbər verir.

Məmmədov 1923-cü ildə Bakıda anadan olub. O, “Sovinformbüro”nun baş redaktoru və sədrin birinci müavini olub. Ənvər Məmmədov ölümünə qədər RİA-Novosti agentliyində redaktor məsləhətçisi olaraq çalışıb.

Jurnalist zədəyə görə aviasiya məktəbindən xaric olaraq, Bakıya qayıdıb və Qızıl Ordu Baş qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. O, Böyük Vətən müharibəsinin iştirakçısı idi.

O, İtaliyada sovet səfirliyinin mətbuat katibi kimi işləyərək, Nürnberq prosesi zamanı beynəlxalq tribunalın SSRİ-dən olan nümayəndələri arasında olub.

Məmmədov, həmçinin 1950-ci ilin fevralınadək SSRİ xarici işlər nazirliyi sistemində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.