Bakı Avrasiya Universitetinin tələbəsi, 20 yaşlı Fuad Nuriyev vəfat edib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.

Nuriyev bir müddət Bakıda onkoloji xəstəlikdən müalicə alıb. Amma səmərə vermədiyinə görə ailəsi onu Moskvaya aparıb. Buna baxmayaraq, onu sağaltmaq mümkün olmayıb, o, orada dünyasını dəyişib.

Mərhumun cəsədi Şəki rayonunun Kiçik Dəhnə kənd məzarlığında dəfn olunub.