Sentyabrın 6-da Nizami Kino Mərkəzində “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalının açılışı baş tutub. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.

Festival çərçivəsində 20 tədbirin və 60-dan çox cizgi filminin nümayişi planlaşdırılır. Festivalda 13 ölkədən müəlliflər iştirak edirlər.

Festivalın əsas mövzusu “Qadın hüquqları”dır. Bilet satışından əldə olunan gəlir Azərbaycanda gənc qadın rejissorların işinin dəstəklənməsinə sərf olunacaq.

Festivalın proqramı ilə buradan tanış olmaq mümkündür. Biletlərin qiyməti 7-20 manat arasında dəyişir.

Bakıda “ANİMAFİLM” festivalına start verilib
Foto Report.az