Şəhidin Bakıda körpəsi dünyaya gəlib. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az YAŞAT fonduna istinadən xəbər verir.
Şəhid Elşad Həsənovun oğlu anadan olub. Uşağın bütün xərcləri “YAŞAT” fondu tərəfindən qarşılanıb. Bundan əlavə, ananın hesabına 1000 AZN köçürülüb, eləcə də dünyaya yeni göz açan uşağın adına hesab açılaraq 5000 AZN vəsait yerləşdirilib.
Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.
E.Həsənov 11 aprel 2023-cü il tarixində Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alan zaman şəhid olub.
