“Dəniz Mall”da ödənişsiz arabalar götürmək olar. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az xəbər verir.

Adıçəkilən ticarət mərkəzində qonaqlar üçün əlil və uşaq arabalarını ödənişsiz icarəyə götürmək mümkündür. Bunun üçün “Mall”da məlumat mərkəzinə yaxınlaşmalı, blank doldurmalı və şəxsiyyət vəsiqəsini verməlisiniz.

Arabaları ticarət mərkəzinin ərazisi və ətrafında istifadə etmək mümkündür.