Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində, “28 May” metro stansiyasının yaxınlığında dövlət küçə parkinqi yerində çayxana açılıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Caliber.az-a istinadən məlumat verir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) nümayəndələri həmin ərazini parkinq yerləri kimi nişanlayıblar, lakin çayxana sahibləri burada çətirli masalar qurub, müştəri qəbul edirlər.
Məsələ ilə bağlı AYNA-ya müraciət göndərilib, araşdırmalara başlanılıb.