Bakının Binəqədi rayonunda quldurluq hadisəsi qeydə alınıb. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə sentyabrın 5-də rayonun S.S.Axundov küçəsində baş verib. Naməlum şəxslər qadını döyərək 300 manat pulunu, içərisində 2500 manat dəyərində mobil telefon və bank kartı olan pulqabını quldurluq yolu ilə talayıblar.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli bilinən C.Vəliyev və A.Bilalzadə müəyyən olunaraq saxlanılıblar.