Cəfər Haşım oğlu Cəfərov 7 sentyabr 1914-cü ildə Bakıda anadan olub.
[Azərbaycan Sovet Ensiklopediyası. X Cild. Bakı-1987]
Cəfərov ilk təhsilini Bakıda alıb. O, 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirib və iki il ərzində müəllim işləyib. Cəfər 1932-1937-ci illərdə Moskvadakı Andrey Bubnov adına Pedaqoji İnstitutda (indiki Moskva Dövlət Pedaqoji Universiteti) ədəbiyyat fakültəsində təhsil alıb və 1937-ci ildə Bakıya qayıdıb.
[https://www.bakupages.com/enc-show.php?id=386]
Sənətkar Bakıda “Ədəbiyyat” qəzetinin tənqid şöbəsinin müdiri olub. Bundan əlavə, o, 1938-1939-cu illərdə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ssenari şöbəsində çalışıb.
[https://science.gov.az/az/forms/skanchavshiesya-chlenyikorrespondentyi/3315]
Cəfərov 1947-1954-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin müdiri olub. 1951-ci ildə sənətkar Azərbaycan üzrə “Pravda” qəzetinin müxbiri, 1966-1971-ci illərdə 6 cildlik “Sovet Dram Teatrı tarixi” redaksiya həyətinin üzvü olub.
Cəfər 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək, professor elmi adını alıb. 1962-ci ildə isə Azərbaycan MEA-nın müxbir üzvü seçilib. 1972-ci ildə alim “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adı ilə təltif edilib. Bundan əlavə, o, “Şərəf nişanı” ordeninə layiq görülüb.
[Azərbaycan Sovet Ensiklopediyası. X Cild. Bakı-1987]
Cəfər Cəfərov 19 sentyabr 1973-cü ildə Bakıda vəfat edib. O, I Fəxri xiyabanda dəfn edilib.