Bakı-Ağstafa-Bakı marşrutuna yeni reyslər əlavə olunur. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az Azərbaycan Dəmir Yollarına istinadən xəbər verir.

Sözügedən marşrut üzrə artan sərnişin tələbatını nəzərə alaraq, 9 və 10 sentyabr tarixlərində hər istiqamət üzrə əlavə reyslər təyin olunacaq.

Əlavə qatar saat 08:25-də Bakıdan Ağstafaya, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.

Ənənəvi qrafik isə olduğu kimi qalacaq.