Dövlət Bayrağı Meydanında drift yarışı keçiriləcək. Bu haqda bu gün, 7 sentyabr tarixində Bakuplus.az İticket.az-a istinadən xəbər verir.
“Red Bull Car Park Drift” adlı tədbirdə maşınların şousunu izləməklə yanaşı, dünyanın ən yaxşı drifteri olan Abdo Feqalinin də drift performansının şahidi olmaq mümkün olacaq.
Yarış 30 sentyabr saat 14:00-da Dövlət Bayrağı Meydanının parkinqində baş tutacaq. Biletləri İticket.az saytından almaq mümkündür. Qiymət 10 AZN təşkil edir.